Əbülfət Mədətoğlu - Bir sevginin yurd yeridi ürəyim

 

Ədəbiyyat 11:10 / 11.01.2026 Baxış sayı: 909

 

Bir sevginin yurd yeridi ürəyim

İşığı da, ocağı da közərir...

Pəncərədən mənə baxan mələyim -

Sevgimizin qibləsini göstərir!

 

Budaqları puçurlamış xəyalım

Xatirələr nübarını daddırır..

.Açıq- aşkar diqqət çəkən bu halım -

Kövrək ruhun hıçqırtısın çatdırır!

 

Kiprikləri ulduzlanıb gözümün

Barmaqlarım ulduz dərir dinmədən.

Sən adında bir dünyam var özümün

Dolaşıram o dünyamda sinmədən!

 

... Bir sevginin yurd yerində pərvanə

Əhdimi mən, eləmişəm son andım!

Yar bu yolda çevriləndən sarvana -

Bir Allaha, bir də Sənə inandım!