Xatirə Rəhimbəyli - Sən mənə taleyin zülm payısan

Ədəbiyyat 08:50 / 03.03.2026 Baxış sayı: 143

Sən mənə taleyin zülm payısan ,

Göynəyən könlümü bir üfləsən sən...

Ruhumun qısılıb düstaq qaldığı

İkicə kəlmədən özgə nəsən sən ?!

 

Gördünmü quruyan qaxac ömrümü ,

Cismimi qovuran bu sac ömrümü ?!

Bu kədər yarpaqlı ağac ömrümü ,

Nolar ,bircə kərə silkələsən sən ?!

Namərd quyulardı,xəbərçi qamış ,

Könlümdə bir zərrə inam qalmamış...

Etibarı perik ,ümidi sınmış ,

Ürək nələr çəkir , nə biləsən sən ...