Ələddin Əzimli - XƏBƏR

Ədəbiyyat 14:00 / 02.03.2026 Baxış sayı: 415

 

Həyatımızı zəbt edən olaylara

Baş açmadım

bu gəlişdən, gedişdən.

Ağrı doli bu yoldan,

qəm yüklü iismarışdan.

Arı çəkdi çiçəklərin

şirəsini, şəhdini,

dünya dolu ətrini

cəmlədi yuvasına.

Yeyən yedi,

yeməyənlərbir-birinə

baxa-baxa kiridi.

Bəd xəbərin

yolu rahat, yaxındır.

Min oyundan çıxanlar

yamanca arxayındır.

Amma çoxu unudub

gedəcəyi səmtini.

Elə bilir

adlayıb gədikləri

çoxdan geridə qalıb

yoxuşların çətini.

...O qara quş

nədir elə,

uçur bizlərə sarı,

dimdiyində nəsə var.

Bixəbərdir

bu olaydan adamlar.

Hələ ki sevinirlər,

sanki qarşıda xoş xəbərlər,

sevgi var,

çal-çağır var !!