Ağaevli Əli Hacı - Qapımızda qıfıl görüb

Ədəbiyyat 11:33 / 02.03.2026 Baxış sayı: 413
 

Qapımızda qıfıl görüb

küləklərdə çıxıb getdi.

Buludlarda acığını

damımıza sıxıb getdi !

 

Bu yaş,ömrün gülün töküb,

nağılla söz yerin söküb.

Bir dəli də ağlın töküb

ağlımızı yıxıb getdi.

 

Yolumuz tərin içində,

durul kədərin içində.

Bir ömrü sağlıq içəndə

yoxluğuna axıb getdi !