"Azərbaycan ədəbiyyatında islam dəyərləri" müzakirə  olundu

MƏDƏNİYYƏT 08:47 / 01.03.2026 Baxış sayı: 3295

Dünən, yəni  28 fevral 2026-cı il tarixdə AYB Lənkəran Bölməsinin "Söz" Ədəbi Məclisində "Azərbaycan ədəbiyyatında islam dəyərləri" mövzusunda tədbir keçirildi.

Tədbirdə bölgə yazarları,ziyalılar,elm və din xadimləri,Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Regional Şöbəsinin əməkdaşları iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Bölmənin sədri, yazıçı, dramaturq Qafar Cəfərli İslam dəyərləri,onların mahiyyəti,ədəbi əsərlərdə tərənnümü,müqəddəs Ramazan günlərində tədbirin əhəmiyyəti barədə qısa məlumat verdi.

Qafqaz Müsəlmanları Ruhani İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi,Qazilər şurasının üzvü,rayonun axundu Hacı Sədi Axundzadə islam dəyərlərinin tarixi,inkisafı və bu ğünkü vəziyyəti,bu dəyərlərin insanların həyat tərzinə təsiri, dəyərlərin qorunması ilə bağlı görülən və görüləcək işlər barədə geniş məruzə etdi.

LDU-nun professoru, filologiya elmləri doktoru,əməkdar müəllim Yadulla Agazada məruzəsində islamı dəyərlərin ədəbiyyatımizdakı tərənnümünün tarixi və bu günkü vəziyyətini konkret misallarla əsaslandırdı.

LDU-nun dosenti,rayon Tarix və Diyarşünaslıq Muzeyinin direktoru Leyla Macidova ,AMEA Lənkəran Regional Mərkəzinin direktor əvəzi,tarix üzrə fəlsəfə doktoru Cemil Quliyev,AYB LB-nin ədəbi məsləhətçisi,şair Ağamir Cavad ,Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Regional Şöbəsinin əməkdaşı Səyyad Balakişiyev, rayon agsaqqalı Faxraddin Caniyev ,şairlər Ziyafət Ekberov , Salman Məmmədoqlu ,Xudaverdi Cavad,Nəriman Azəri, Feraset Nuriyev, Evez Hünərli , Əhməd Haqsevər, Haci Qərib Nuriyev ,Əfsanə Sultan və b. cıxış edərək islam dəyərləri, onların ədəbiyyatda tərənnümü ilə bağlı fikirlərini bölüşdülər,şeirlərini oxudular.

Sonda xatirə şəkilləri çəkildi.