Ağaevli Əli Hacı - OLACAQ

Ədəbiyyat 10:20 / 12.01.2026 Baxış sayı: 253

Açılan hər səhərim,rəng olacaq,

Bağım,bağçam,bəhərim,rəng olacaq !

 

Yaradan çoxda vurub rəngi ona,

Qış donuyla baharım,rəng olacaq !

 

And yerinə,içirəm sağlığına,

Halım,şərab-zəhərim,rəng olacaq !

 

Ey,haqqın üzünə rəngi vuranlar,

Üsyanıyla qəhərim,rəng olacaq !

 

Dünya nəyimdir ki,beş əl yapışam,

Dünyalarçün şeirim,rəng olacaq !