Gülnar Ümid- Ürəyində əvvəl kimlər vardısa
Ürəyində əvvəl kimlər vardısa,
Çıx dünənin körpüsünə ötür gəl.
Dayanacam mən də yolun sağında,
Sən gələndə ürəyimi götür gəl.
Sevgi qürur sevməz,amma nankoram,
Sevincin gözünə qərib həm xoram,
Büdrəməkdən yenə yaman qorxuram,
Yıxılanda kürəyimi götür gəl.
Yuxumu yastığa gecə nəm sərdim,
Ürəyimdən duaları kəm dərdim,
Baxıb çarpayıma dedi "sən" dərdim!
Üşüyəndə dur əynimi götür gəl...