Tahir Rzayev, millət  vəkili : "Enerji təhlüksizliyi həyati bir məsələdir"

İqtisadiyyat 10:33 / 11.01.2026 Baxış sayı: 840

Bugünlərdə ölkə başçısının iştirakı ilə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi olub.

Yenises.az xəbər  verir ki,  bununla  bağlı millət  vəkili Tahir  Rzayev  açıqlama  verib:

“Son illərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə bu istiqamətdə görülən işlər öz səmərəsini verməkdədir. “Xızı-Abşeron” Külək Elektrik Stansiyası bunun bir daha nümunəsidir. 240 meqavat  gücündə olan bu elektrik stansiyası sözsüz ki, Azərbaycanın enerji sistemində çox böyük rol oynayacaq. Cənab Prezident “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışı zamanı bir daha bildirdi ki, bu, sonuncu elektrik stansiyası deyil və bir çox regionlarda belə elektrik stansiyalarının açılması, istifadəyə verilməsi nəzərdə tutulub. Azərbaycanda bərpa olunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir.  

Əlbəttə ki, bu açılış çox mühüm hadisədir və bildirildiyi kimi, bu gün Azərbaycan Avropanın da enerji təhlükəsizliyində çox böyük rola malikdir. Elə stansiyaların quraşdırılması gələcək üçün həm enerji ixracında, həm də ölkəyə külli miqdarda vəsaitlərin cəlb olunmasında mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycanın etibarlı tərəfdaş olmasından irəli gəlir.

Çünki cənab Prezident öz fəaliyyəti dövründə sözünün sahibi olub və çox mühüm layihələrin həyata keçirilməsində dövlətimiz etibarlı bir tərəfdaş kimi tanınıb. Ona görə də son illərdə Azərbaycana xarici investorların cəlb olunması xeyli sürətlənib və bu gün o, istər elektrik stansiyalarının istifadəsində, eləcə də işğaldan azad edilmiş ərazilərdə görülən bərpa-quruculuq-abadlıq işlərində özünü aydın göstərir". 

Deputat qeyd edib ki, enerji təhlüksizliyi həyati bir məsələdir:

"Sözsüz ki, neft, qaz və digər məhsulların ixracı ilə yanaşı, Azərbaycanın xarici ölkələrə enerji ixrac etməsi ölkəyə külli miqdarda vəsaitin daxil olması deməkdir”. 

Millət vəkinin sözlərinə görə, qonşu dövlətlərlə əlaqələrimiz ildən-ilə möhkəmlənir və Azərbaycana qucaq açan, ölkəmizi etibarlı tərəfdaş hesab edən, mili maraqlarımıza cavab verən hər bir ölkə ilə münasibətlərin yaxşılaşdıırlmasının tərəfdarıdır:

“Eləcə də müharibədən sonrakı dövrdə Azərbaycan-Ermənistan münasibətlərinə irəliyə doğru mühüm addımlar atılır. Ərazimizdən Ermənistana yanacağın daşınmasına icazə verilməsi, digər müəyyən məsələlərin həll olunması iki ölkə arasında gələcəkdə münasibətlərin yaxşılaşdırılmasına bir zəmanətdir.

Eləcə də əgər sülh müqaviləsi imzalanarsa, Azərbaycan dövlətinin mənafeyinə uyğun olaraq Ermənistanla müəyyən iqtsadi-ticari əlaqələr genişlənərsə, həmin ölkəyə enerji ixracı da təmin edilə bilər.

Bu, təbii bir prosesdir. Çünki Ermənistan Azərbaycanla qonşudur. Münasibətlərin tam sağlamlaşması, qarşılıqlı münasibətlər nəticəsində həmin ölkəyə enerji, həm də digər məhsulların ixracını zərurətə çevirə bilər və mümkündür”.