Tahir Rzayev , Komitə sədri : - " Bu mükafat prezidentimizin bəşəri fəaliyyətinə verilən bir qiymətdir."
Bu gün hər birimizə məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülüb.
Ölkəmizin ali rəhbərinə verilən bu yüksək mükafatla bağlı fikirlərini bölüşən Milli Məclisin komitə sədri Tahir Rzayev vurğulayıb ki, İlham Əliyev bu gün dünyada sülhün, əmin-amanlığın və əməkdaşlığın möhkəmləndirilməsi sahəsində əvəzolunmaz bir lider kimi təqdim edilir.
Yenises.az bildirir ki, millət vəkili açıqlamasında bunları da qeyd edib : - "Bu bir həqiqətdir. Çünki prezident seçildiyi ilk gündən dövlətimizin rəhbəri bəşəri dəyərlərə sadiq olduğunu daim nümayiş etdirib, dünyada sülhün və əmin-amanlığın yaradılması üçün fəaliyyətini daim genişləndirir. Tarixi qələbəmiz, qələbədən sonrakı mərhələlərdə həyata keçirilən çox böyük tədbirlər, xarici ölkə rəhbərləri ilə görüşlər, imzalanan sənədlər bunu deməyə əsas verir. Ölkə başçısının sülh və barışıq üçün Gernika mükafatı ilə təltif olunması da onun bəşəri fəaliyyətinə verilən bir qiymətdir. Sözsüz ki, bu mükafat bilavasitə gələcək perspektivlərə hesablanıb və dövlət rəhbərinin çoxşaxəli fəaliyyətini bir daha genişləndirəcək. Çünki dünyada baş verən hadisələr, qonşu dövlətlər arasında gedən müharibələr, mövcud reallıqlar fəaliyyəti bir daha genişləndirməyi tələb edir və cənab İlham Əliyev də öz fəaliyyətində bunu bir daha ortaya qoyur. Son günlərdə bir çox xarici ölkələrə səfərlər edilməsi, eləcə də Azərbaycanda xarici ölkə rəhbərlərinin, ictimai-siyasi xadimlərin qəbul olunması və bu qəbullar zamanı sülhün, demokratiyanın, əməkdaşlığın əsas məqsəd kimi ortaya qoyulması cənab İlham Əliyevin fəaliyyətini səciyyələndirir və ona yüksək qiymət verilməsini şərtləndirir. Əlbəttə ki, bu fəaliyyət bilavasitə Azərbaycan xalqının xoşbəxtliyinə, gələcək inkişafına istiqamətləndirilib. Xalq bunu görür, dəstəkləyir və qiymətləndirir. Dövlətimizin rəhbərinin dünyada bir siyasi lider kimi tanınması və onun fəaliyyətinə yüksək qiymət verilməsi, əlbəttə ki, hər birimizi qürurlandırır"