"Kitab-ən sədaqətli dost" adlı tədbir Lənkəranda  keçirildi

MƏDƏNİYYƏT 21:10 / 23.04.2026 Baxış sayı: 3129

Bu gün -23 aprel 2026-cı il tarixdə AYB Lənkəran Bölməsi və Lənkəran MKS-nin birgə təşkilatçılığı ilə "Ümumdünya kitab və müəllif hüquqları günü" münasibətilə Mərkəzi Kitabxanada "Kitab-ən sədaqətli dost" adlı tədbir keçirildi

Tədbirdə bölgə yazarları,ziyalılar, kitabxana əməkdaşları,tələbələr iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Bölmənin sədri, yazıçı, dramaturq Qafar Cəfərli bu günün yaranma tarixi,mahiyyəti və əhəmiyyəti barədə məlumat verdi.

Tədbir iştirakçılarından MKS-nin Sutamurdov kənd kitabxana filialının müdiri Nurane Ceferova ,ağsaqqal ziyalı Fəxrəddin Canıyev,şair və yazıçılardan Agamir Cavad ,Xatirə Xatun, Hafiz Mirzə,Ziyafət Yəhya, Əhməd Haqsevər, Xudaverdi Cavad,Salman Məmmədoğlu, Bəxtiyar Əliyar,Əfsanə Sultan,Fərasət Nuriyev,LDU-nun tələbələri Səidə Aslanova və Rahib Ağammədli,

Lənkəran Aqrar İqtisadi Kollejin tələbələri Süsən Fərəcova və Lalə Əzizova çıxış edərək kitab və müəllif hüquqları ilə bağlı fikirlərini bölüşdülər.Şair və yazıçılar kitablarından kitabxanaya və oxuculara hədiyyə etdilər.

Astara rayonunda yaşayan yazıçı Surəddin Əliyev çıxış edərək Milli Qəhrəmanımız Pəncəli Teymurov barədə və Astara şəhidləri barədə yazdığı kitablar barədə məlumat verdi və həmin kitablardan kitabxanaya bağışladı.

Şairlərin ifasında səslənən şeirlər tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı.

Maraqlı keçən tədbirə Qafar Cəfərli yekun vuraraq insanların, xüsusən gənclərin kitabla daima təmasda olmaqlarını, sədaqətli dost kimi sevməklərini arzuladı.

Sonda xatirə şəkilləri çəkildi.