Sərraf Şiruyə : - GƏLMƏDİN
Hey deyirdin: "Nə vaxt çıxar kitabın",
Kitab çıxdı, alqışına gəlmədin.
Qızım qəbul oldu, oğlum qayıtdı,
Sevincinə, qarğışına gəlmədin.
Gözlərim axtardı, dilək gəl dedi,
Könül arzuladı, ürək gəl dedi,
Gecikmə, ey nazlı mələk, gəl dedi,
İstəyimin çağırışına gəlmədin.
Şiruyəyəm, dözümü yox səbrimin,
Can tükənib, gəl üstünə qəbrimin.
Qəm-qüssədə ötüb keçən ömrümün
Nə yazına, nə qışına gəlmədin.