Əşrəf Veysəlli - “ SARI BÜLBÜI”

Ədəbiyyat 10:08 / 24.04.2026 Baxış sayı: 270

 

Yar könlünü verdi xara,

qəlbimizi çəkdi dara.

Mənim günüm oldu qara,

sənin köksün sarı, bülbül.

 

Dillərdədir adın- sanın,

nəğmələrdir ruhun, canın.

Oxu, oxu! Tarçalanın

yandı barmaqları, bülbül.

 

Ürəyimdə gül açdı qəm,

dodağımda dil açdı qəm.

Mən gözləri neyləyrəm

görməyirsə yarı, bülbül?

 

Sən hər işi bilə- bilə,

dərdimizi çəkdin zilə.

Ürəyimi nəğmən ilə

gəl ovundur barı, bülbül.

 

Dilə- dişə düşdü adım,

istəyimə necə çatım .

Mən yarımdan yarımadım,

sən yarından yarı, bülbül.

1971- ci il.