Rafiq  Yusifli : - Yarımçıq xalça (Yarıya bölünmüş Kalb)

YAZARLAR 11:31 / 27.04.2026 Baxış sayı: 326


   1993-cü il idi. Rayonda, Füzulidə müharibə artıq qapını döyürdü. Amma o vaxt hələ heç kim Füzulinin işğal olunacağını təsəvvür etmirdi.
   Füzulini tərk etməyimizə bir neçə həftə qalmış bir nəfərə kiçik bir xalça sifariş etmişdim, üzərində ürək şəkli olan bir xalça...
   Hadisələr qəfil qızışdı. Xalçanı toxuyanlar mənə dedilər:
   “Yarısını toxumuşuq, hazırdır... amma bitirə bilməyəcəyik. Şəhərdən çıxmağa   hazırlaşırıq. İstəsəniz, bu vəziyyətdə gətirək...”
     Və onlar xalçanı mənə gətirdilər, ürəyin yarısı toxunmuş, yarısı isə yarımçıq qalmış halda, bu şəkildəki kimi.
   Elə bil qəlbin özü iki yerə bölünmüşdü.
Bu günlərdə evdəki xalçaların arasından onu yenidən çıxardım. Tozunu sildim. Baxdım. Və ilk yadıma düşən Nazim Hikmət oldu... onun məşhur “Angina pektoris” şeiri.
“Angina pektoris” - bu gün hamının “stenokardiya” dediyi xəstəlik. Amma şair üçün bu, təkcə xəstəlik deyildi, parçalanmış bir qəlbin ağrısı idi.
   O illərdə Koreya müharibəsi gedirdi. Türk əsgərləri uzaqlarda, Koreyada döyüşürdülər. Çin qüvvələri ilə ağır savaşlar gedirdi. Qəhrəmanlıqlar göstərilir, şəhidlər verilirdi, amma geri çəkilmirdilər. Şairin qəlbi də orada idi, uzaqlarda.
   Eyni zamanda Yunanıstanda güllələnənlər, həbsxanalarda əziyyət çəkənlər... Bütün bunlar Nazim Hikmətin ürəyini rahat buraxmırdı. Çünki onun kimi sairin  “Klbi” başqa cür “olamaz”.
             O şeir...Və mənim yarımçıq xalçam...
   Hər dəfə o xalçaya baxanda, yarısı toxunmuş, yarımçıq qalmış o ürək mənə yenə o günləri xatırladır, Füzulinin işğal günlərini...
    O qarışıqlığı, o qaçhaqaçı, o ağrını...
    Bəzən isə bu mənzərə gözümün önündə Karl Bryullovun “Pompeyin son günü” əsərini canlandırır, hər şeyin bir anda dağıldığı, həyatın yarıda qaldığı o anı..
    Nazim Hikmətin “Kalbi” şeirdə deyildiyi kimi yarısı uzaqlarda qalmışdı...
Mənim qəlbim isə o xalçada qalmışdı, yarısı toxunmuş, yarısı Füzulidə qalmış bir xalçada...
   Amma bir fərq var. İnşallah, o xalçanın yarısını da bərpa etdirəcəyəm. Necə ki, torpaqlarımız bərpa olundu...
   Şəhidlərimizin, qazilərimizin, ordumuzun, xalqımızın və Ali Baş Komandanımızın gücü ilə bölünməkdən qurtulan Vətənimiz kimi.
      ANGİNA PEKTORİS
                     Nazim Hikmət
Yarısı burdaysa kalbimin
       yarısı Çin'dedir, doktor.
Sarınehre doğru akan
       ordunun içindedir.

Sonra, her şafak vakti, doktor,
her şafak vakti kalbim
   Yunanistan'da kurşuna diziliyor.
Sonra, bizim burda mahkûmlar uykuya varıp
   revirden el ayak çekilince
kalbim Çamlıca'da bir harap konaktadır
   her gece, Doktor.
Sonra, şu on yıldan bu yana
benim fakir milletime ikrâm edebildiğim
bir tek elmam var elimde, doktor,
bir kırmızı elma:
kalbim...
   Ne arteryo skleroz, ne nikotin, ne hapis,
işte bu yüzden, doktorcuğum, bu yüzden
bende bu angina pektoris...
    Bakıyorum geceye demirlerden
ve iman tahtamın üstündeki baskıya rağmen
kalbim en uzak yıldızla birlikte çarpıyor...