Rafiq ODAY -ÇOX ŞÜKÜR
Ədəbiyyat
22:29 / 26.04.2026
Baxış sayı: 236
Bu qədər ölü içində
Diri qaldıqsa - çox şükür.
Beş-üç haqq deyən kişidən
Biri qaldıqsa - çox şükür.
Bitib taqəti dizlərin,
İtib gülüşü üzlərin,
Haqqa xor baxan gözlərin
Tiri qaldıqsa - çox şükür.
Dəni sovruldu xırmanın,
İstər lap göyə dırmanın.
Çaqqalla dolu ormanın
Şiri qaldıqsa - çox şükür.