Ələsgər Əlioğlu - KOR ATIMIZ VARDI...

Ədəbiyyat 09:35 / 26.04.2026 Baxış sayı: 281

 

("Xatirələr" silsiləsindən)

Bir gözü kor atımız vardı,

Dərədə, təpədə minib çapardım.

Bəzən biçənəkdə itirərdim də onu,

Gəzmədiyim yer qalmazdı,

Axır gəlib öz qapımızda tapardım...

Arabir cıdıra da çıxarardım,

Nəmər ala bilməsə də,

Yolda, izdə büdrəməzdi.

(Onu da deyim ki,

Ömrü boyu

Nə qobu-qolpuna düşdü,

Nə də ayağını daş əzdi!..)

Bir gözü kor atımız vardı,

Bu gün baxıb gördükcə

Yol-izini azıb yolda qalanları,

Özünü qobu-qolpuna salanları,

Yaddaşım yetişir dadıma.

İstəsəm də,

İstəməsəm də,

O kor atımız gəlib düşür yadıma...

Bir gözü kor atımız vardı!..

05.01.2025