Fərhad Tapdıqoğlu - Süzdü

YAZARLAR 15:20 / 26.04.2026 Baxış sayı: 202

 

( yumorlu hekayə)

 

Kənddə yaşayıb,rayon mərkəzində fəhlə işləyən Almurad kişi işdən sonra evinə qayıtdı. Yuyundu ,sonra masa arxasına keçdi.Arvadı Məsmə ona çay süzdü.

Məsmə arvad sonra inəyi sağdı.Sağdığı südü süzdü,qaynatdı...

Südün üzünü yığdı,maya atıb,qatıq çaldı...

Almurad jurnal masasının üstündəki jurnallardan birini əlinə aldı,vərəqlədi,şəkillərinə baxdı.

Bir neçə şəklin altına söz yazılmamışdı,"söz-süzdü"...

Almurad şəkillərə baxdı,gülümsündü ...

Ayağa qalxıb,üzümləri yığdığı çəlləyə baxdı...Üzümlərin suyundan bir az süzdü...

Sonra süzdüyü üzüm suyundan özünə bir çapma stəkan süzdü,başına çəkdi.Arvadına dedi:

--Mənə yeməyə bir şey ver.

Arvadı Məsmə dedi:

--Qazan ocağın üstündədir.Bişsin,çəkib gətirəcəm.

Arvad dünən çaldığı qatıqdan bir kasa süzüb ,ərinin qabağına qoydu.

Almurad kişi qatıqdan bir neçə qaşıq yeyib dedi:

--Ay arvad, qatıq üz-süzdü .

Arvad:

--Həə,elədir.Südün üzünü yığıb uşağa vermişdim .Qatıq çaldığım süd üz-süzdü .

Kişi arvadını sərt baxışlarla süzdü...

...Məsmə arvad xörək hazır olanda ərinə xörək çəkdi,özünə isə bir stəkan çay süzdü.

Almurad kişi xörəyi yeməyə girişdi və üzüm suyundan özünə yenə bir çapma stəkan süzdü...yenə süzdü...yenə süzdü...yenə...

Məsmə arvad onu hirsli-hirsli süzdü...

Artıq sərxoş olan Almurad aşa-aşa arvadı Məsməyə yumruq atdı...yumruğu boşa çıxdı.

Məsmə ərinə bərk hirsləndi və əlindəki podnos Almuradın başı üzərində süzdü ...

Amma incəvara podnos havada süzdü...süzdü və divara dəydi,Almurada dəymədi...

Almurad döşəmədəki kilimin üstünə yıxıldı...yuxuya getdi...

Məsmə Almuradın üstünə yorğan saldı və bir daha ərini əsəbi baxışlarla süzdü...

Bax belə...bu da belə...

Almurad üzüm suyu süzdü...süzdü...süzdü...içdi...

Və yaxşı ki,podnos havada süzdü,sonra divarı dəydi.Yoxsa...