Şahverən Cavad - Həyat
Qışın dərdləriydi qara buludlar ,
Yaz gəlib ağ rəngə boyadı bir - bir .
Hər gün yük daşıyan qarışqalar da ,
Halal yaşamağın bir təsviridir .
Hər zaman qəzasız yol gedir yollar ,
Sanki , sürücü tək imtahan verib .
Yollar nigahlıdır səkilər ilə ,
Yatıb bir yataqda , ömür , gün sürür .
İsa tək atası yoxdur həyatın ,
Elə doğulandan almayıb soyad .
İnsanlar boğulur tənhalığından ,
Adam dənizidir sanki , bu həyat .
Hələ bu dünyada Arazlar axır ,
Durub ayrılıqlar Çin səddi kimi .
Həyatla aramda ölüm böyüyür ,
Boy atır ömrümün sərhədi kimi .
26 . 04 . 2026