Nazim Əhmədli - Bu dünyada ölüm yoxdu
Ədəbiyyat
09:36 / 27.04.2026
Baxış sayı: 339
Gözlərin nə yaman dolub,
al yanaqların bal dadır;
əlini qoy sinəm üstə,
gör ürəyim nə haldadı;
bilmirəm, könlüm nə deyər,
həsrət məni yeyər, yeyər;
indi qapımı kim döyər
gözlərim hələ yoldadı;
məni kim tapa, kiridə,
bu qərib dərdi əridə;
bir ömür qalıb geridə,
nə sağdadı, nə soldadı;
ruhum var, şəkilim yoxdu,
yanıram da, külüm yoxdu;
bu dünyada ölüm yoxdu,
kimdisə, bizi aldadır.