Xatirə Rəhimbəyli - 60-ın mübarək,ADAM...

YAZARLAR 09:52 / 27.04.2026 Baxış sayı: 361

 

Qəlb ocaqdı,söz körükdü,

Zülmü adından böyükdü.

Şair olmaq dəlilikdi,

Qorxmazsan ki sonra mənnən?

Yadındadı bu şeir?Yox,Sən qorxmadın.Əksinə,Sən bu dəliliyə sahib çıxdın,o böyük ürəyin,saf niyyətin,yenilməz təmkininlə. Cılız düşüncəli min kişini üst-üstə yığsan,bir telincə çəkiləri olmaz.Hər kəsin hünəri deyil,bir insanı yaxşısı-pisiylə bütöv görüb bütöv götürmək. Sən məni bütöv gördün,pisim,yaxşım,əyərim-əskiyimlə bütöv götürdün bu yükü.Məni yarım olmağa qoymadın.Mənim sərhədlərim səndə bitir,Hürriyyətim,Sən o qədər genişsən ki,Səndə bitib -tükənmək olmur.Dünyanın baharına,mənimsə hər günümə doğuluşun mübarək, Azadlığım,Hürriyyətim,güvənc yerim ALLAH adamı!

İllər nə xoş keçdi,nə əziz olduq,

Bir yerdə bir il də qocaldıq,adam.

Birgə yuva qurduq,bir dən daşıdıq,

Beləcə bir yerdə ucaldıq ,adam.

Yapışıb ürəyin zəlzələsindən,

Birlikdə qurtulduq bəxt tələsindən.

Eşidənlər ürkdü zəngüləsindən,

Bu zəfər zəngini bir çaldıq,adam