Ağaevli Əli Hacı -Soyuq keçir günlərim.
Ədəbiyyat
10:27 / 27.04.2026
Baxış sayı: 362
Soyuq keçir günlərim.
Keçir,havalar xəstə !
Çəkilmişəm təkliyə,
Ölüb sevgi,həvəs də !
Ağacda quş yuvası-
Ən böyük memar işi !
Sinəmdə qış yuvası-
Dost bildiyim yar işi !
Yeyirəm bu gedişi,
Acı olur həqiqət !
Üzlər tanış,dəyişkən
Acdan ölür ədalət !
Qəm geyinib çıxmışam,
Dünya şərindən uzaq !
Söz dəryamda üzürəm,
Haqqa çıxam üzü ağ !
Qəribəlik içində,
Boğuluram İLAHİ !
Ya qəbul et,ya da yox
Sənə sarı bu ahı !