Ruhiyyə  Abbaszadə - QALMADI

Ədəbiyyat 13:00 / 27.04.2026 Baxış sayı: 259

 

Qəmdi ömrümə qatdığı

Ayrılıqdı yaşatdığı.

Fələyin mənə atdığı

Bu dünyada daş qalmadı.

 

Haydı haqqa oyaqlarım,

Haqq yolunda dayaqlarım.

Güclə gedir ayaqlarım

Boynum üstə baş qalmadı

 

Köç eylədi ahım dağa,

Qaldım hamıya yanmağa.

Öz dərdimə ağlamağa

Gözlərimdə yaş qalmadı.