Ələddin Əzimli - TRAMVAY, TROLLEYBUS VƏ BİZ

Ədəbiyyat 12:29 / 28.04.2026 Baxış sayı: 173

 

Tramvay

relsləri də getdi,

trolleybus

xətləri də.

Sən də getdin,

tək, mənsiz.

Amma,

heç nə dəyişmədi.

Gedənlər,

gələnlər rastlaşıb görüşmədi.

Nəinki

bir-birinə əl verə,

heç qovuşa bilmədilər.

Deyəsən,

hələ çox şeylər dəyişəcək.

Elə-belə,

ortadan, gözdən itəcək...