Saqif Qaratorpaq - Sənə sarı qaçsam da

Ədəbiyyat 11:03 / 28.04.2026 Baxış sayı: 193

***

Sənə sarı qaçsam da

Yenə səndən uzağam.

Hamı çoxdan böyüyüb,

Mən hələ də uşağam.

Ömrü yelə sovurdum,

Saçımda tozu qaldı.

Ö günlərdən içimdə

Bir mələr quzu qaldı.

Deyirsən,daha gecdi,

Ötürmüşük zamanı.

Sən də bir az ağıllan...

Eh,məndə ağıl hanı?!

Için-için sızlaram,

Anam da yox,ovuda...

Susuzam,əl açmışam

Bircə əlçim buluda.

Gecə keçdi...gəlmədin...

Sarımadın yaramı.

Hər yadına düşəndə

Öpərsən bir misramı...