Bəhram Bilaloğlu - İntizarda qoyma məni
Ədəbiyyat
09:55 / 28.04.2026
Baxış sayı: 1729
İntizarda qoyma məni,
Əriyirəm ağ şam kimi.
Həsrətə qurşanır könül,
Göz də olur axşam kimi.
Səndən başqa kimim var ki?
Biçarəyəm, çarəsizəm.
İlahidən gələn eşqin
İzindəki yarə izəm.
Biganə qalma, ey dostum,
Biganələr dərdə saldı.
Qeybindən bir xəbər eylə,
Qeyb əhlindən nələr qaldı?