SAVAŞIN QANSIZ ÜZÜ

YAZARLAR 10:00 / 29.04.2026 Baxış sayı: 201

 

Epiqraf əvəzi:

Babamızdan qalma bir misal var: çörəyini yeyib sənə xəyanət edəni qovma, onu çörək özü tutacaq.

Kəndimizdə bunu hamı bilir...

Müəllifdən

Kərəm Məmmədli-- Borçalını, Dilavər Əzimlini gözdən iraq görənlər tarix meydanında at oynadır... Cavanşir, Babək, Koroğlu, Xətayi , Vaqif, Nəbi , Həcər , Mirzə Fətəli... Nəriman Nərimanov, Səməd Vurğun... hədəfdədir...

Tarix (ədəbiyyat) İnstitutu elnurlardan, sərdarlardan beləmi ehtiyatlanır...

Mən iki- üç cümləlik qeydimlə mütəxəssislərə eyham elədim ki, hardasınız, görünün, sözünüzü deyin...

Ancaq mütəxəssislər yox, Galib S-ov adlı birisi ortalığa çıxdı...

Ziyalılıqla bir araya sığmayan hədyanlar yazdı;Siz də oxuyun

Bəli, Galib S-ov yazır: "Elnur yüz ildir bolşevizmin sizə qəhrəman kimi soxuşdurduğu anti qəhrəmanları ifşa edir. Siz isə cəhalət və qəflətdən ayrılmaq istəmirsiniz. Neyləyəcək "inistitutşiklər" Elnur bəyə? Azərbaycanda real tarixi bilən tək alimdir! Allah onu qorusun"

Bu, Galib S-ovun "ziyalı" mövqeyidir

Nə deyəsən...Böyük elm məbədinin əməkdaşlarını "institutşiklər " adlandırır...

Galib S-ov un, bu andırabadi adın sahibinin bu hazır cavabından sonra düşünürəm ki, xalqın ruhunu yaşadan tarixə hücumlar hansısa bir mərkəzdən idarə olunur

Yoxsa o, açıq -- aşkar bu cür xəncər çəkməzdi..

Hörmətli oxucular!

Qısa qeydlərində onun opponentlik iddiasında olduğu şəxsə ,

yəni mənə hansı səviyyədə

" mədəniyyətli" münasibətinə də özünüz dəyər verin...

Qaldı cəhalət məsələsinə münasibət...

Bəli savadsızlıq özü cəhalətdir...

Nə isə... meydanı boş görəndə qorxaqlar da , cılızlar da özünü qəhrəman hesab edir...

Əli Rza Xələfli

16.09. 2025