Baş nazirin müavini Ermənistanda səfərdədir.

Trend xəbər verir ki, nümayəndə heyətini daşıyan təyyarə artıq İrəvan aeroportunda eniş edib.

 

Gündəm 11:31 / 29.04.2026 Baxış sayı: 101

Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir.

Yenises.az  Trend-ə  istinadla   xəbər verir ki, nümayəndə heyətini daşıyan təyyarə artıq İrəvan aeroportunda eniş edib.

Qeyd edək ki, Şahin Mustafayev Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədridir.