Arzu Ada - TOY
Birbaşa bura yazıldıgı üçün redaktə etməmişəm
Nəzərə alın ..
....
Kəndin kinomexaniki Cemonu bu günlərdə hamı sevir və bacardıgı qədər əzizləməyə çalışırdı .Bu kənd öz mənfəətini bilən kənd idi
Olar ki Cemo kino göstərəndə müftə ..pulsuz baxmaq ehtimalı ola bilərdi .
Bu səbəblə bu günlərdə Çingöz Cəmil hamı üçün dönüb olmuşdu Cemo ....Cemocum .
Zarafat deyil 20 il öncə Cemo nə həkimliy..i nə müəllimlik sənətini əlinin dalı ilə itələyub gedib olmuşdu kinomexanik .
Kos ..koca texnikum bitirmişdi .
İstəsə belə .
Cemonun həkim ..müəllim olacaq halımı vardı .)
Amma sənətini işlədə bilmirdi
Qonşu kənddəki Həmid <vurulmuşu>diplomsuz zadsız . həftədə bir dəfə aparatını qoltuguna vurub o kənddən sülənə sülənə gəlib bu kənddə kinosunu verib cibini doldurub qayıdırdı xarabasına
Əlində diplomu ilə qalan Cemo da dişi bagırsagını kəsə kəsə 20 qəpiyini verib girib Həmidin göstərdiyi kinoya baxa baxa <içinin>qanını əlindəki çay dəsmalına silirdi ya da üstündə <Qu> şəkli olan salfetə
Əşi fərqi nəe .
Nəyəsə silirdi də
Mətləbdən yayınmayaq
İndi isə Həmidin xəstələndiyini karona oldugunu eşidən Cemonun keyfinə deyəcək yox idi
İnşallah ..ölər köpək oglu ..Yerinə nəhayət mən keçərəm fikirləşə fikirləşə qonşu kənddən xəbər gözləməyə başlamışdı da artıq.
Xəbər isə nə tv də nə də saytda öz yerini tutmurdu .
Qismət...
Nəhayət ölüm xəbərindən əlini üzməyə başlamışdı
Həmid aparatını satır ...xəbəri Cemonun üzünü güldürdü .
Onda ölən sifətmi var fikirləşib pür diqqət hadisələrin gedişini nəzarətə almışdı bu Cemocum..
Həmid aparatını satırdı.
Korono öldürməsə də Həmidi yarımştat ..pardon yarım adam vəziyyətinə gətirmişdi .
Buna da şükür.
Daha
ölməsə də da onun< kinoverən> halı da qalmamışdı .)
İndi Cemonun fikri Həmidin par par parıldayan kino aparatının yanlnda qalmışdı ..
Həmidin dünya malından bir arvadı idi ...bir də özü
Arvadıı durub indən belə kənd. bə. kənd düşüb kino verməyəcəydi ki..?!
El nə. deyər ?
Yaxşı deyək ki bu Həmid acgözü tutaq ki bu aparaturanı satdı ..pul varmı mən gedib alam ..
Yoxdur ..yox...
Ançaq çarə tükənməz ki ..
YADINA ANASININ QARA QUTUSU ...SANDIGI DÜŞDÜ YADINA .
(HEÇ YADINDAN ÇIXAN GÜNÜ VAR İDİMİ ).
BU SANDIQ MÜƏMMA İDİ Kİ
ARVAD BU SANDIGIN ÜSTÜNDƏN DÜŞMÜRDÜ SANDIGIN UZUNLUGU İMKAN VERSƏYDİ ARVAD AZ QALA MİTİLİ SALIB ELƏ SANDIGIN ÜSTÜNDƏ YATIB QALASIYDI
Amma sandıgın parametiri anasının parametri ilə tərs mütənasib idi .
Yəni anası div boyda idi ..))
ALLAH AZCA DA OLSA CEMONUN ALLAHI İDİ .
FÜRSƏT BİR DÜŞƏR
DÜŞDÜ DƏ .
SƏHƏR TEZDƏN 95 YAŞLI XALASININ ÖLÜM XƏBƏRİ 115 YAŞLI ANASINI NECƏ SARSITDISA SANDIQDAN GÜLLÜ ŞAPPAN GÜLLÜ YAYLIGINI BAŞINA ÖRTÜB AÇARI YENƏ MƏLUM BÖLGƏYƏ.. QOLTUGUNA ENDİRİB BAŞI ALOVLU EVDƏN ÇIXDI
. BACIN ÖLSÜN ..YETİM BACI GƏLİRƏM DEYİB GUYA AGLASIMDI DA .
ƏDƏ . CEMO MAŞINI XODLAE
EVİM YIXILIB DEYİB ÖZÜNÜ QABAQ OTURACAGA ZORLA SALDI
XALASIGİLİN HƏYƏTİ TOY HƏYƏTİ KİMİ İDİ MAŞALLAH OLSUN DEYƏN KİM GÜLƏN KİM .
TƏK MUSİQİÇİLƏR YOX İDİ .
KÖNÜL GƏLƏSİYDİ BÖYRÜNDƏ DƏ NİYAMƏDDİNİN QOHUMU ..
YUBANIRDILAR
NƏ İSƏ BURANI DA KEÇƏK ..
XALASINI TƏLƏM TƏLƏSİK BASDIRIB HALVASINI YEYƏNDƏN SONRA CEMO EVƏ DÖNDÜSƏ DƏ FİKRİNDƏ NƏ ANA ..NƏ XALA ANCAQ HƏMİDİN SATDIGI KİNO APARATINDAN BAŞQA HEÇ NƏ YOX İDİ .
O FÜRSƏT DEYƏSƏN BU GÜN GERÇƏKLƏŞMƏK ÜZRƏ İDİ
TƏLƏSİK EVƏ QAYITDI İLK İŞİ HARASA ATDIGI DƏMİRKƏSƏNİ TAPIB SANDIGIN YANINA GƏLDİ: .. ..
İNDİ . SƏNİ ELƏ KƏSƏCƏM Kİ HEÇ RUHUN DA İNÇİMƏYƏCƏK
ANAM GƏLİB LAP ÖZÜNÜ ASSIN.. DEYİB HƏR EHTİMALA QARŞI 5 METİRLİK İPİ VƏ SABUNU DA GÖZƏ DƏYƏN BİR YERƏ QOYDU
YAŞLI ARVADDIR NEÇƏ OLSA DURUB SABUN.. KƏNDİR AXTARMAYACAQDIR Kİ
AGAC DA Kİ HAMISI DƏDƏM ƏKƏN AGACLARDIR
RED. .
TFU...OVLADA BAXIN DA ...
HƏMƏN
ƏMƏLİYYATA BAŞLADI ƏVVƏL QIFILI BİR NEÇƏ DƏFƏ OYAN BU YANA DARTDI GUYA 5 KİLOLUQ QIFIL QIRACAYDI. .
ƏLAC YOXDUR ...GƏRƏK KƏSƏM!
GÜNAH MƏNDƏN GETDİ DEYİB DƏMİR KƏSƏNİ İŞƏ SALDI ..
BUDUR İLLƏRDİR İÇİNİ GÖRMƏDİYİ SANDIQ QARŞISINDA QANADINI AÇIB DURMUŞDU .LAP ALT QATDAKI BOGÇANI GÖTÜRDÜ.
GÖZÜNƏ İNANMADI ÜST ÜSTƏ SARILMIŞ PALTARLARI AÇMAQ ƏSİL İŞGƏNCƏ İDİ
ZALIMIN QIZI PULUNU ƏMƏLLİCƏ QIRX
CIR CINDAYA BÜKMÜŞ ANASINI 40 DƏFƏ SÖYDÜ
BUDUR SON SARGI DA AÇILDIGINDA ÇİN ÇİN PULLAR İŞIGIN ALTINDA PAR PAR PARILDAMAGA BAŞLADI
. KÖPƏKQIZI. VER XƏRCLƏYƏK DƏ BU GÜN SABAH SƏNDƏN ON YAŞ BALACA BACIN KİMİ ÖLÜB GEDƏSSƏN
CEMO TƏLƏSMİRDİ BİLİRDİ Kİ HƏLƏ ANASI 7 GÜN QAYITMAYACAQ )
EHSANDA KƏSİLƏN
MALIN KƏLLƏ PAÇASINI DA YEYİB SONRA EVƏ GƏLƏCƏK
ƏŞİ BAÇI ZAD BOŞ ŞEYDİ
PULU GÖTÜRÜB KİÇİK SALAFANA BÜKDÜ
ANCAQ İRƏLİ
YUBANMAQ ..OLMAZ ANASIDIR DƏ BİR DƏ GÖRDÜN ÖZÜNÜ XƏSTƏLİYƏ VURDU BACISINI BASDIRIB GERİ GƏLDİ
CEMO SOLUGU QONŞU KƏNDDƏ KİNO APARATINI SATAN HƏMİDİN QAPISININ AGZINDA ALDI
3.000 SAYIB HƏMİDİN OVÇUNA BASANDAN SONRA BİR KUZOVLU MAŞINA YÜKLƏYİB GƏTİRİB ANASININ HƏYƏTİNƏ TÖKƏNDƏN SONRA DƏRİN BİR <OXAY> ..BELƏ ÇƏKDİ .
YEDDİ ÇIXDI
QARŞIDA ÖLÜNÜN QIRXI VAR İDİ
ANA GƏLMƏLİ İDİ BU GÜNLƏRDƏ
ƏSİL YAS ANA DÖNƏNDƏ İDİ .
CEMO HƏR EHTİMALA QARŞI EVDƏ SOYUQ SİLAHLARI ƏT KƏSƏN BALTANI ..BICAGI YIGIŞDIRMIŞDI
TƏK BİR NÜANSI UNUTMUŞDU
HƏYƏTDƏKİ YABA VƏ LAPATKA ...
NAGIL DİLİ YÜYRƏK OLAR .
BUDE.. ANA ŞAX... GÜMRAH HALDA MAŞINDAN DÜŞDÜ ELƏ BİL TOYDAN GƏLİRDİ ZALIMIN QIZI NECƏ < BƏSLƏNMİŞDİSƏ> YANAGINDAN QAN DAMIRDI
ADAMI TƏK ƏLLƏ DEVİRƏRDİ..
ARVADIN EVƏ GİRƏN KİMİ SOL KÜNCDƏKİ O STRATEJİ BÖLGƏYƏ NƏZƏR SALIB BİR QIYYA ÇƏKDİ Kİ EŞİKDƏKİ İT QORXUB ARAMSIZ HÜRMƏYƏ BAŞLADI .
SANDIGIN TALAN EDİLDİYİNİ GÖRƏN ANA CEMOYA BİR BALTA.. İKİ LOPATQA FIRLATSA DA NƏ BALTA.. NƏ LAPATKA HƏDƏFƏ DƏYMƏMİŞ YAN KEÇDİ
CEMO DA ÖZÜNÜ VERMİŞDİ YAXINLIQDA YAŞAYAN DAYISI GİLƏ ANASINDAN ŞİKAYƏTƏ .
DAYISI DA ;
ANA SƏNİN ...MAMA SƏNİN. BİZDƏN NECƏ OLSA ÇIXIB
GET İSTƏYİRSƏN VUR GÖZÜNÜ TÖK İNDİ DƏ BİR NEÇƏ GÜN KÜLFƏT SİZDƏ SƏHƏRİ. AXŞAM EDƏK ..
RƏSMƏN İNTİHARA TƏŞƏBBÜS ...ZAD. DAYI TƏRƏFİNDƏN...
DA ANANIN VAVEYLASI HARA YETƏCƏYDİ Kİ
TALEYİ İLƏ BARIŞIB CEMOYA QARGIŞ EDƏ EDƏ QONŞULARI DOLAŞIRDI
DA.
KƏNDDƏ CEMONU YERİŞİ DƏ DƏYİŞMİŞDİ ZARAFAT DEYİL BU YEKƏLİKDƏ KƏNDİN KİNOMEXANİKİ OLMAQ HƏR İGİDİN XƏRCİ DEYİLDİ .
CEMO
KƏND ARASI ŞÜTÜYƏN AVTOBUSA MİNİB RAYON MƏRKƏZİNDƏN BİR AG BÖYÜK ÖLCÜLÜ KAGIZ VƏ QUAŞ ALIB EVƏ DÖNMÜŞDÜ
AXŞAMACAN HÖCCƏLİYİB SƏHƏRKİ KİNONUN ADINI AFİŞAYA YAZDIRIB KƏNDİN DÜZ ÇAYXANASININ QABAGINDA AGACA MIXLAMIŞDI
TOZ İÇİNDƏ ÇİÇƏKLƏR ..
QİYMƏTİ DƏ YAZMAGI UNUTMAMIŞDI
YAŞINDAN ASILI OLMAYARAQ GİRİŞ 20 QƏPİK .
NİSYƏ HEÇ KİM İÇƏRİ BURAXILMAYACAQ
ÜZ VURMAYIN...!!!
Üç nöqtəylə və üç nidayla məsələni baglamışdı ..
NƏ OLSUN QOHUMUQ... QONŞUYUQ HAMIMIZIN CİBİ AYRIDIR ..BİR ƏTƏK PUL TÖKMÜŞƏM ..DA YAZACAYDI Kİ SON ANDA FİKRİNDƏN VAZ KEÇMİŞDİ .
Cemonun qIzı da bu il məktəbi bitirib evdə oturub qismətini gözləməkdə idi bu arada .
Qonşusu yetim Qurbanın oglu Fətişin son vaxtlar evinin həndəvərində fırlandıgını da Cemonun gözündən qaçmırdı .
Fətiş 3 il idi ki bu kəndin elektrik məsələləri ilə məşgul idi .
Kefi ustəyındə işıgı yandırır ..istəməyəndə söndürürdü .
Toy sahibi gəlib şax bir 5 lik çibinə basmayanacan Şit xarab olub
Yagını dəyişirik. deyib kəndin başına corab hörürdü
İndi bu Fətiş Cemonun qızına yaman vurulmuşdu .
Bir gecədə bir kilimi hörüb . kəsib yerə qoyan qızı kim istəməz ki ?!
İki təlis çörəyi təndirə vuran qızı kim sevməzdi ki ..
Əşi Cemo heç beş qəpiyə dəyən olmasa da eybi yox
Qoy bu qızı alım Cemonu evimə həsrət qoyacam fikri ilə atası Yetimi Qurbanı əmisi ilə anasına qoşub Cemogilə elci göndərmişdi .
Evlərinə girən elcilərə <vnimania> verməyən Cemo:
...Mənim Fətişə verən it küçüyüm də yoxdur ...deyib bir soyuq çayla elçiliyə xitam verib Yetimcələri yola salmışdı .
O gecə ilan vuran yatmış Fətiş yatmamışdı
Baxarıq ..Cemo . gör sənin başına nə oyun gətirirəm deyib icindəki planları saf çürük etməyə başlamışdı .
İntiqam günü... saatı saat ba saat yaxınlaşırdı.
Cemo da aldıgı 3 000 lik aparatını sıgallayıb tumarlamaqda .
Nəhayət kənd camaatı dəstə dəstə stulunu qapan mütəkkələrini qoltuqlarına vuran Cemonun həyətinə yürüşə keçmişdilər
Kinonun başlamasına az qalırdı
Zarafat deyil bu kəndin tarixində ilk açıq hava teatrosu ..kinosu idi .
Cemo gələnləri sayına baxıb öz özünə hesab kitab aparıb üzü gülməyə başlamışdı
Ən az 200 manat cibdə
Həftədə iki kino
İnşallah bir ilə aparatın pulu da çıxar sonra nəfinə gəlha gəl başlayar .
Kənddə yaşayıb açıq kino xidmətindən istifadə edənlər yaxşı bilirlər ki kinolar jurnalsız qəndsiz çay içmək kimi bir şeydir ..
Hər şey rəvan gedir arvadlar dəsmallarını elə təzə təzə sahmana salmaq istəyirdi ki birdən ekran qaraldı Cemonun arxasında durdugu aparat güçlü <iskra> verib uguldayıb söndü..
Bütün kənd qaranlıga büründü
Jurnal sona çatdı
Fətiş Cemonun qızı ilə .. köhnə jiqulidə qonşu kənddə əmisigilin qapısını döyürdü
Getməmişdən qabaq FƏTİŞ elektrikin voltajlnı artırıb Cemonun kino aparatına <od vurmag> da ihmal etməmişdi