Saqif Qaratorpaq·-Fikrim sənin yanında
Fikrim sənin yanında,
Cismim bir özgəsinin.
Ah,necə əzizləyir
Indi bir özgə səni...
Tüstüm təpəmdən çıxır,
Görən deyir dumandı.
Birini gizli sevmək
Ya ölüm ya da qandı...
Bir söz deşir sinəmi,
Eh,olurmu danışmaq...
Asandımı bu dərdlə
Bilə-bilə barışmaq.
Sənə demədiklərim
Dediyimdən elə çox...
Sən ki yaxşı bilirsən,
Bu yaraya çarə yox...
Kaş külə döndərəydi
Məni hər çəkdiyim ah.
Ömür bitər,heyif ki...
Ancaq bitməz bu əzab.