Şahverən Cavad   -  Mən elə bilirdim

Ədəbiyyat 14:20 / 20.03.2026 Baxış sayı: 365

 

Yol çəkdi anamın gözləri hər gün ,

Yollar da çatmadı o doğma elə .

Köçən dostlarımın telefonu tək

Səsimçün darıxır o yerlər , hələ .

 

Mən elə bilirdim , qızıl payızam ,

İllər yaş gətirir , zaman gün dərir .

Alça ağacı tək aldandım yaza ,

Ayaza tuş gəlib çiçək günlərim .

 

Mən elə bilirdim ölməzdi dağlar ,

Dərələr dağların məzarlığıymış .

Mən hardan biləydim , müharibələr

Zalım başçıların bazarlığıymış .

 

Günəşdən gün dərən günəbaxanam ,

Sevən könüllərə söz tək yağıram .

Gözlərim bircə cüt bal arısıdır ,

Hər güldən təzə - tər şeir yığıram .

20 . 03 . 2026