Əşrəf Veysəlli - YAZIN NƏFƏSİNİ
…
Abırdan, həyadan paltar geyinər,
Yanağı allanar söz deyən kimi.
Özünü istədən məsum körpələr
Qımışıb özünü istədən kimi.
Göyçək qamətini görcək uzaqdan,
Sandım ki, haqq onu yaradıb haqdan.
Gizlətdi döşünü-
bostançı tağda
Sütül şamamanı gizlədən kimi.
Şəninə nəğmələr ötdükcə dillər,
Açılar çöhrələr, gülər könüllər.
Yarını gözləyər,-
qönçədə güllər
Yazın nəfəsini gözləyən kimi.
2019- cu il.