Ehtiram İlham - Orucluyam
Çox da ki, çəməni çiçək-çiçəkdi,
Dərib qoxlamaram, gül orucuyam.
Elə yandırıb ki, közüm qalmayıb,
Bir ocaq yerində kül orucuyam.
İçimə arzular dolandan bəri
Bircə istəyimi görmədim diri.
Şeytanın əlinə verib günləri,
Aylar tamarzısı, il orucuyam.
Yenə bürüyübdü dağlarını çən,
Torpağı tökülən qanla ölçülən.
Bütövlük istəyən bir halal Vətən,
Halallıq diləyən el orucuyam.