Kəmalə Abiyeva Aydın qızı - AZƏRBAYCAN-Qalibiyyət dünyası
Bayramın bol olsun Vətən!
Azərbaycan, gözlərimin qarası
Azərbaycan, həyatımın mənası
Nə deyim ki, layiq olsun vəsfinə?
Ey Vətənim, anaların anası!
Azərbaycan, anaların anası!
Bir ağacsan, mən də sənə budağam
Bir budaqsan, sənə yarpağam
Bir nəğməsən, mən də hər an, hər zaman
О nəğməyə möhtac dodağam.
Bir sinəyəm, sənsən vuran ürəyim,
Bir ürəyəm, sənsən arzum, diləyim.
Yaşayaraq yaşamıram əgər mən,
Ey Vətənim olmaramsa gərəyin.
Torpağını geyinərəm əynimə,
Kür, Arazı axıdaram könlümə.
Xəzərimi məlhəm edib gələrəm,
Ey vətənim, dəyən olsa könlünə.
Məğrur səsin azadlığın sədası,
Şəhidlərin ölməzliyin nidası.
Azərbaycan qalibiyyət dünyası!
İgidliyin sarsılmayan qalası!