Əlizadə Nuri - Sənə gələn cığırdım
Ədəbiyyat
18:21 / 20.03.2026
Baxış sayı: 389
Adını çəkdim bu gün
Dilim isindi, qadın.
Bir şəklinə toxundum-
Şəklin diksindi, qadın.
Sənə gələn cığırdım,
Qəmə dəydim, yıxıldım.
Yer üzünüı çağırdım
Göy üzü dindi, qadın.
Ulduzlar bir- bir düşər,
Hər ulduzdan sirr düşər.
...Ağacı əsir düşən
Kölgəyəm indi, qadın...