Qarabağdan Zaqatalaya sərnişin daşıyan avtobus aşdı - 20 YARALI 

MƏMLƏKƏT 12:49 / 08.04.2024 Baxış sayı: 2450

Aprelin 8-də saat 08:30 radələrində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar xəsarət alan 20 nəfər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

Adalet.az xəbər verir ki,  bu barədə TƏBİB məlumat yayıb. 

Bildirilir ki, hospitalizasiya olunanlardan 18-i kişi, 2-i qadındır. Onlardan 18-sində bədənin müxtəlif nahiyələrin travması diaqnozu qeydə alınıb. 2 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, sərnişinlərin Qarabağda aparılan tikinti işlərində çalışan fəhlələr olduğu deyilir. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.