Adilə Səfərova,Teatrşünas , əməkdar mədəniyyət işçisi : - Teatrın bolgə səfərləri.

MƏDƏNİYYƏT 08:13 / 06.11.2024 Baxış sayı: 2260

Naxçivan Dovlət Mili Dram Teatrının kollektivi üçün cari ilin oktyabr ayı da uğurlu və yaddaqalan oldu. Bu, həmisə kütləvi tamaşaçı axını ilə müşaiyət olunan doğma teatr səhnəsi ilə məhdudlasmadi. Uğurun miqyası cografi baxımdan da geniş arealı əhatə etdi. Belə ki ,rəngarəng mövzulu zəngin repertuarı ilə tamaşaçıları sevindirən yaradıcı kollektiv ötən ay da bölgə teatrsevərlərini unutmadı.

Regionun bölgələrinə səfər edərək tamaşaçılarına mədəni- mənəvi, estetik zövq yaşatdı. Həm də repertuarda rəğbət qazanan , maraqlı süjet xətti olan, dramatik çalarlari ilə tamasaçıni düşünməyə sövq edən səhnə əsərləri ilə. Belə əsərlərdən biri teatrin öz səhnəsində böyük coşquyla , rəğbətlə qarşılanan " Qatarın altına atılan qadın" tamaşası idi.

Bu maraqlı tamaşa oktyabr ayinin birinci yarısında ardıcıl olaraq Sədərək, Şərur, Kəngərli, Culfa ,Ordubad rayonlarında tamaşaçılara təqdim olunub.Ýuzlərlə tamaşaçı sayı isə bu səhnə əsərinin mədəni hadisə kimi hər yerdə rezonans doğurdugu qənaəti yaradıb. Bu da təsadüfi deyildi. Cünki, müəllifi muasir Azərbaycan ədəbiyyatının öncül simalarından olan tanınmış yazıçi Afaq Məsud olan bu pyes orijinal süjet xətti, dərin ideya məzmun dəyəri ilə seçilən bir əsərdir.

Əsərdə hadisələr bütün həyatını sənətə həsr edən bir aktrisanın faciə ilə sonlanan ömür yolundan bəhs olunur.Maraqli məqam həm də odur ki, tamaşada cərəyan edən hadisələr dramatikliyi, gərgin situasiyaları ilə tamaşaçını həyəcanlandırır, sonrakı bas verəcəklərin intizarında saxlayir... Bu nüans quruluşçu rejissor Əlisahib Cəlilovun uğurlu təxəyyül yozumunda mükəmməl həllini tapıb. Onun cəmiyyət və sənətkar probleminin çözum üsulu, eləcə də, obrazları mükəmməl canlandıran əməkdar artistlər Nazlı Hüseynqiyevanın, Behruz Haxverdiyevin, Əli Əliyevin peşəkar oyun ustalıqları. peşəkar aktyorlar Zakir Fətəliyev, Ləman Vəliyeva, Nurlan Sultanlı və başqalarının mükəmməl ifa tərzləri tamaşanın uğurlu alınması, alqışlarla qarşılaması ilə nəticələnib.

Yaradıcı kollektivin Şahbuz səfəri də səmərəli olub. Oktyabrın sonunda Şahbuzlu teatrsevərlərə təqdim etdikləri." Edama məhkumun son günü" tamaşası da rəğbətlə qarşılanıb. Dahi yazar Viktor Hüqonun dərin psixoloji məqamları ehtiva edən bu əsəri rejissor Mir Qabil Əkbərovun özünəməxsus bədii- fəlsəfi çalarlarla quruluş verdiyi tamaşada ölüm anında insanin keçirdiyi acı sarsıntının əzab məqamlarini dolğunlugu ilə əks etdirir. Edam hökmünün faciəvi qanun olduğunu tamasaçıya aşılamaqla onları düşünməyə sövq edir.

Bu mənada baş rolu canlandıran Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Səməd Canbaxsıyevin istedad və peşəkarliği da öz sözünü deyir.Onun, eləca də ,aktyorlardan Məmməd Mehdiyevin, Uğur Nəsirlinin məharətli ifaları tamaşaçıya edam hökmünün rəzil bir qanun olduğunu təlqin edir. İslah etməyin alternativ yollarının tətbiqinə aciz olan bir mühitdə edamın insanların mənəvi sarsıntılarına da yol açır. Yəni əsərdə bu iyrənc hökmün öləcəyini dərk edən məhkumun qorxu sindiromunda yaşadığı psixoloji hisslər, eyni zamanda onun doğmalarının da mənəvi zərbələr aldiğini göstərir.

Bütün bu uğurlar teatrda yaradıcı, sağlam mühitin gostəricisidir. Bu mədəniyyət ocağınin köklü ənənələrini davam etdirən kollektivin xalqa mədəni, mənəvi xidməti əsas amal kimi qəbul etmələri təqdirəlayiqdir. Təkcə oktyabr ayında 15 tamaşa nümayiş olunmus və bu tamaşalara yüzlərlə tamaşaçı cəlbi də uğurlu fəaliyyətin nəticəsidir. Yolunuz açıq , məramınız uğurlu olsun. Adilə Səfərova Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, teatrşünas

 

 

 

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç