Şakir Xanhüseyn - evin içində

Ədəbiyyat 19:45 / 06.02.2026 Baxış sayı: 213

 

***

evin içində

səni içəridə tutacaq nəsə olmalı,

elə çöldə də.

üşüyür əlin, ayağın,

içərindən isinmədinsə heç;

hökmən öz içindəki odu qarışdırmalı,

külü yaymalı,

ustufca qoymalı

közü köz üstə...

özünlə iç-içəliyin

içəcəyin

andın,

görəcəyin

işin müqəddəsliyi;

səni özünə

daha çox yaxınlaşdırar, bağlar,

səni daha çox özün edər,

düşünsən əgər...