Aləmzər Sadıqqızı - Yeddinci gün...

Ədəbiyyat 21:27 / 06.02.2026 Baxış sayı: 241

 

Yenə nə süzülür könlündən belə,

Yenə nəyi qoyub , nə axtarırsan?

İllərdi bir doğru adamdan ötrü,

O mələk könlünü boş saxlayırsan...

 

Saçların ağarıb həyatın kimi,

Nə ürək , nə ayaq sözünə baxmır...

Ruhun bir yaralı uşaqdı hələ,

Güzgüdən o qadın üzünə baxmır.

 

Dünya beş gün idi, hansı sənindi,

Hansı gün ömrünə xoş yazılıbdı...?

Daha çatıb ömrün altıncı günü,

Ömür heç artmamış...vaxt azalıbdı...

 

Oxşayır ruhunu bir səs uzaqdan,

Yeddinci möcüzə haray tək ün tək.

Dilindən bir dua düşür ovcuna,

Üzünə çəkirsən yeddinci gün tək...

6.2.2026.