Fərhad Tapdıqoğlu - Ötürdü
İnsitituta qəbul imtahanı zamanı nəzarətçi müəllim sualların cavabları yazılmış "şparqalkanı" ona ötür-dü.
Yüksək qiymət aldı ,bal topladı bütün imtahanlardan, çünki rəhbərliyə pul ötür-ülmüşdü...
Tələbəlik illərində hamını "ötə-ötə" oxudu.
...Yaxşı vəzifədə olan dayısı sənədlərini yuxarıdakı məsul şəxsə ötür-dü və o "yağlı" vəzifələrdən birini tutaraq, kresloda oturdu və başladı ötür-məyə...bala -bala "ötür-dü"...yuxarıdakı məsul şəxsin də payını vaxtında "ötürdü."
...İmarətlərinin tikintilərinə,mal-qara ferması almağa ,şirkətlər yaratmağa ( burda və xaricdə) büdcədən oğurladığı və başqa yollarla əldə etdiyi xeyli pul vəsaiti ötür-dü ...
O biri məmurları ötə-ötə ,"yağlı" yerdən yeyə-yeyə,"ötür-ə-ötür-ə" ,ayları-illəri ötür-ürdü...
...Yaşa doldu...tutduğu vəzifəni oğluna ötür-dü.Oğlu da "ötür-ə-ötür-ə " ,bir neçə il vəzifədə oturdu və...ötür-dü...
...Hər şey yaxşı ötür-dü...
Amma...
Nəhayət ata-balanın cinayətləri barəsində məlumatlar lap yuxarıya ötür-üldü...
Ata da,bala da,"ötür-ə-ötür-ə ,çoxlarını "ötə-ötə" ,büdcəni dağıtdıqlarına ,rüşvətlər aldıqlarına ,ora-bura külli miqdarda pul vəsaiti ötür-düklərinə görə cinayət məsuliyyətinə cəlb olundular...və... həbsxanaya "ötür-üldülər...
...Onların talan edə-edə "yeyə-yeyə" ,"ötür -ə-ötür-ə
həm respublika daxilində,həm də xaricə ötür-düklərinin taleyi necə oldu?...
Bu sualın üstündən keçin,ötür-ün getsin...