Əlizadə Nuri - Eşqdən dodaqları çatlayan ömür
Getməyi seçdinsə, get buralardan,
Apar əllərini, kölgəsi qalsın.
Götür dünyanı da, halalın olsun
Tək mənə "ayrılıq ölkəsi" qalsın.
Səndə gizlənmişdim, çıxıram çölə-
Gedib dost olacam o quşlar ilə.
Dünən əllərinlə oynadığımtək
Bu gün oynayıram yağışlar ilə...
Eşqdən dodaqları çatlayıb ömrün,
Özüm də bilmirəm indi necəyəm.
...Yığacam yanıma bu adamları
Hamıya darıxmaq öyrədəcəyəm...