Adilə Nəzər- Bu qaranlıq gecədə

Ədəbiyyat 21:51 / 06.02.2026 Baxış sayı: 277

***

Bu qaranlıq gecədə

İşıq yolum olarsan?

Yuxundan keçib gəlsəm

Məni evə alarsan?

Bax, donub yenə qarı-

Sənə gələn küçənin.

Bircə cümlə yaz barı,

Qır bu uzun gecəni.

Uzun-uzadı yazma,

Bir söz könlümü açar.

Barmağının istisi

Şüşədən qəlbə keçər.

Keçirdim boşa ömrü,

Keçirdim aram-aram.

Adımı pıçıldasan,

Varlığımı anlaram.

Külək əsir, gün dönür -

Yadıma sən düşürsən.

Məni oda yandırıb,

Sən kimə üşüyürsən?!

 05.02.2026