Ramiz Qusarçaylı - Torpağı öldürməyin
Ədəbiyyat
11:35 / 14.09.2026
Baxış sayı: 670
“Aqrar şeirlər” silsiləsindən
Aqrarı ağlar qoyub
Torpağı öldürməyin.
Bir təpəni qaldırıb
Yüz dağı öldürməyin.
Payız əkin əkini,
Çəkin bağın yükünü,
Qurutmayın kökünü
Yarpağı öldürməyin.
Satıb yerin xamını
Dəyişməyin tamını,
Çürütməyin tumunu,
Saplağı öldürməyin.
Fermeri küsdürməyin,
Bağbanı bezdirməyin,
Kəndçini azdırmayın
Marağı öldürməyin.
Üyütməyin daşlığı,
Böyütməyin boşluğu,
Başda yazın başlığı:
"Torpağı öldürməyin!"