Məmməd  Qədir -Aşiqləri

Ədəbiyyat 12:01 / 14.09.2026 Baxış sayı: 647

 

Buludsuz kecinmir sevgi səması,

Çürüdür, İlahi, nəm aşiqləri!

O qədər qəm yeyib, əzab içib ki,

Dərdləri eyləyib dəm aşiqləri!

Yüz çicək gəzənin şələsi olmaz,

Ürəyin eşq kimi söləsi olmaz,

Dünyada heç məndən dəlisi olmaz,

Eləsən bir yerə cəm aşiqləri!

Ruhumun bağında əkmişəm eşqi,

Bənövşə könlümə bükmüsəm eşqi,

Vallah, elə zilə çəkmişəm eşqi,

Çoxdan susdurmusam bəm aşiqləri!

Susub da sevərlər, xeyiri yoxdu,

Könüldən müqəddəs eşq piri yoxdu,

Sevgisiz dünyanın dəyəri yoxdu ,

Allah eləməsin kəm aşiqləri!

Elə qəm yuyuram, mürdəsirəme,

Dərd dərd üstə gəlir, lap şişirəme

Daha sevinclərlə sevisirəme,

Məndən inciməsin qəm aşiqləri!