NAZİM ƏHMƏDLİ - Hardadı tövbə qapısı

Ədəbiyyat 18:33 / 14.09.2026 Baxış sayı: 419

 

 

 

Hardadı tövbə qapısı,

tələsim, axşam olmamış;

Günəş qürubdan asılıb,

bəti-bənizi solmamış;

yollar dirənib payıza,

qışın üzü söyuq gəlir;

payız bir şilxor at minib,

bir gözünü qıyıb gəlir;

buludların arasında

Ay gümüşü nal kimidi;

mənə çox şirin baxırsan,

baxışların bal kimidi;

hardadı tövbə qapısı,

gedim danım günahımı;

min oyundan çıxım, yenə

inandırım Allahımı;

əllərimi toxumuşam,

buludların nəm üzünə;

kim yazıbdı yazıları,

daşların sənəm üzünə;

tapım, tövbə qapısını,

günahımı yuyum, gəlim;

göy üzü qarışıb deyən,

ulduzları sayım gəlim.

14.09.2026. Bakı şəhəri