Əli Hacı Ağaevli -  Yarın dilin öyrənirdim...

Ədəbiyyat 11:00 / 14.09.2026 Baxış sayı: 648

Yarın dilin öyrənirdim,

Bir də gördüm,ömür bitib !

Eşq önündə gördüm bədən,

Odun yanıb,kömür bitib !

 

Heyif əkdiyim ağaca,

Göz yaşımdan duzu yedi !

Heyif yolları salana,

Söz daşıdım,yol yeyildi !

 

Daha yazdan son bahara,

Ölümə qapı açmışam !

Özümü görmədən keçdim,

Özüm,özümə acmışam !