Könül Nuriyeva - Orda...
Ədəbiyyat
22:00 / 13.09.2026
Baxış sayı: 177
Bağın lap sonunda,
İndicə yağışın suladığı nanə kolları var a,
Əvvəlcə ətri, sonra rəngiylə
Almışdı ya könlümüzü…
Sənsə...
Əvvəlcə acı sözlərin,
Sonra "gözlərimin işığı" deyişinlə
Xatircəm etmişdin a məni...
Heç bilmədim, nə oldusa,
Nanəlikdə itdin, yox oldun,
Nanə kollarıyla birlikdə!
Əgər bütün olanlar
Nanə kolları arasında tez yoxa çıxacaqdısa,
Arxasınca bir nanə ətri qalmayacaqdısa,
Onda bizim o yağışın altında
Rəqsimizin adı nəydi?
Nanələrin acığına tanqomu?