Təranə Məmməd  -Hana qurub iplərini bağladım

Ədəbiyyat 20:15 / 12.09.2026 Baxış sayı: 576

Hana qurub iplərini bağladım.

İlmə-ilmə toxumağa başladım.

Çeşni məndən,

Naxışları Tanrıdan.

Mən toxudum,

Bəzək verdi Yaradan.

Ömür adlı bu xalçada anlarım,

Həm kədərli həm də xoşbəxt çağlarım.

Bu əsərdən bir cizgi də silmədim,

Son ilməyə necə çatdım bilmədim...