Ayaz  Arabaçı -  BEYİTLƏR

Ədəbiyyat 19:00 / 12.09.2026 Baxış sayı: 594

bir gün

ayaqqabılarım məndən soruşsa,

məni qoyub hara gedirsən..

***

Külək niyə o qapını döyürsən,

Axı o evdə heç kim yaşamır.

***

Gecə öz qaranlığını

harada gizlədir səhərlər?

***

Saat bütün günü işləyir amma,

Zaman bir dəfə də yoruldum demir..