Elnur  Uğur - Məhbəsdəyəm dünya adlı türmədə

Ədəbiyyat 19:48 / 12.09.2026 Baxış sayı: 548

Məhbəsdəyəm dünya adlı türmədə,

Gün işığı düşmür qəlbə bir ovuc.

Ömür adlı naz- nemətli süfrədə,

Dil orucdu, əl orucdu, ruh oruc!

 

Unutmuşam olanları, səni də

Bacardığın qədər sən də unut ta!

Gecə- gündüz ruhum ona səcdədə,

Dil zikrdə, əl əsirdi qunutda.

 

Həbsindəyəm beş il,on il, on beş il,

Mən bu yerin heç adamı deyiləm.

Bir gün ruhdan bədən adlı o qandal

Qırılacaq günçün amin deyirəm.