Ayaz Arabaçı - Dilimdə tək bir ad var, o addasan, gözəl, sən..
Dilimdə tək bir ad var, o addasan, gözəl, sən..
Mini gəlib keçsə də sən hamıdan özəlsən,
Bu dünyada mənimçün hər halına gözəlsən,
Günəş deyəndə də gəl, bulud deyəndə də gəl.
Nədən qulaqlarına yetməyib, hələ, çağrım,
Şahə qalxan at kimi kişnəyir hər gün ağrım..
Havalanıb səninçün saz kimi yandı bağrım,
Kaman deyəndə də gəl,
gəl,
ud deyəndə də gəl..
Yayındı hədəfindən yerdəki boş gilizlər,
Ürəyim sinəm altda kömürlənər, filizlər,
Görsən ki, hər tərəfdən bağlanıb yollar, izlər,
Yoxdu hətta bir tikə umud deyəndə də gəl.
Qəlbim yas içindədir, səni yasla gözləyir,
Vaz keçməz bilirsən ki, səndən əsla, gözləyir,
Könlüm səni bir dəli ehtirasla gözləyir,
Lap elə acıqlanıb unut deyəndə də, gəl.
Sevgi nədi, ömürdən-candan bac oyunudu.
Ruhun bir yağış altda eşqə ac oyunudu,
Elə bil ki, bu sevda gizlənpaç oyunudu..
Alma deyəndə də gəl,armud deyəndə də gəl.