Hamı gedib,gecədir - Əli Hacı Ağaevli
Ədəbiyyat
11:00 / 13.09.2026
Baxış sayı: 596
Hamı gedib,gecədir
İkimiz tək qalmışıq !
Nə məndən yol var sənə,
Nə səndən düşür işıq !
Pəncərəm hay-həşirdə,
Külək əlində qalıb !
Qapım min sifət görüb,
Açar dilində qalıb !
Payız düşüb üstünə,
Ağac yarpağın ağlar !
Güvəndiyim kimsə yox,
Güvənsəm də,qar yağar !
Suyun dilin bilmirəm,
Yolu düzdə,dərədə !
Dilin bilsəydim Araz,
Quruyardı arada !
Allah ! Keçib gecəni
Dan sökülər bir azdan !
İkimiz tək qalmışıq,
Ayrılıq payımızdan !